ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton G7-nin 24-26 avqust 2019-cu il tarixlərində Fransanın Biarritz şəhərində keçirilən 45-ci Sammitində prezident Emmanuel Makronun Tehranla Ağ Ev arasındakı vasitəçilik missiyasından danışıb.
Ölkə.Az xəbər verir ki, Con Bolton bununla bağlı açıqlamasında aşağıdakıları deyib:
“2019-cu ildə G7 sammitində Emmanuel Makron İranın ovaxtkı xarici işlər naziri Cavad Zərifi Biarritzdəki villasında gizlətmişdi. Makron Trampı onunla görüşməyə inandırmaq üçün çox çalışdı. Mən və başqaları bu barədə Trampla danışdıq, israr etdim, amma otaqdan çıxanda Tramp görüşə razı olmadı".
Cavad Zərifinin Trampla görüşdürlməsinin əsas məqsədi Donald Trampın 2018-ci ilin mayında 2015-ci ildə Qərb ölkələrinin İranla imzalanan nüvə sazişindən çıxması ilə bağlı qərarını müzakirə etmək olub.
Bir çox Avropa ölkələri, xüsusən də Fransa ABŞ-nin İranla 2015-ci il İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) qayıtmaq barədə danışıqları bərpa edilməsinə çalışırdı.
Mürtəza
Ölkə.Az