AZ

Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi: Qızını ölümlə hədələyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bloqer Şəhla Həsənli "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanı xüsusi ittiham qaydasında məhkəməyə verib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə keçirilən proses qarşı tərəfin vəkili gəlmədiyi üçün təxirə salınıb.
Əldə etdiyimiz məlumata əsasən, xanım bloqer tiktoker "Beniz"in canlı yayımlarında onun qızını ölümlə hədələdiyini iddia edir.
Eyni zamanda, xanım bloqerin ailə üzvlərinin şəkillərini feyk profillə açılmış səhifələrdə paylaşıb.
Qeyd edək ki, "Beniz" ləqəbli tiktokerin adı digər bir cinayət işində də keçir.
Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak tələb etməklə törədildikdə) və 221.3-cü (xuliqanlıq - silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə əlavə ittiham elan edilib.
O, sevgilisini 836 min manat pul tələb edərək şantaj etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində əvvəl həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Tiktokerin əməlindən zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək, işin yenidən nəzarətə götürülməsini xahiş etmişdi.
Seçilən
23
50
oxu.az

10Mənbələr