AZ

Qurban Qurbanov gedir?

Qurban QurbanovunAFFA İcraiyyə Komitəsi üzvlüyündən ayrılmaq üçün müraciət etdiyi barədə xəbərlər yayılıb.

Belə ki, "Qarabağ" baş məşqçisinin bir müddətdir AFFA İcraiyyə Komitəsindən ayrılmaq istədiyi, bununla bağlı rəhbərliyə müraciət etdiyi bildirilir.

Uzun illərdir Ağdam klubunu çalışdıran Qurbanov bundan sonra bütün diqqətini öz işinə yönəltmək istədiyi iddia edilir.

Sportinfo.az xəbər verir ki, modern.az iddialarla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Qurban Qurbanovun İcraiyyə Komitəsindən ayrılmaq üçün müraciəti olmayıb", - açıqlamada deyilir.

Seçilən
34
50
sportinfo.az

10Mənbələr