AZ

Rusiya Xarkovla Odessanı vurdu

Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Rusiya ordusu Ukraynanın Xarkov və Odessa bölgələrinə "Şahed" dronları ilə hücum edib.

Xarkovun Novobavar rayonunda mülki müəssisənin 1500 kvadrat metrlik ərazisində yanğın baş verib. "Teleqram" kanalların məlumatına görə, müəssisədə istehsal prosesində istifadə edilən qaz boru kəməri də yanır. Bir qadın ilə bir uşağın yaralandığı bildirilir.

Odessanın meri Gennadi Truxanovun sözlərinə görə, səhərin erkən saatlarında Rusiya dronları şəhərə hücum edib. Nəticədə yaşayış evləri zədələnib, 4 ədəd minik maşını yanıb.

Hürr Tərcüman

Seçilən
5
11
hurriyyet.az

10Mənbələr