AZ

Rusiyada ilin sonuna kimi banan yetişdiriləcək

Yazını böyüt
Yazını kiçilt

Rusiyada yerli banan istehsalı 2025-ci ilin sonunda başlaya bilər.

Hafta.az-ın yazdığına görə, Subtropik Kənd Təsərrüfatının İnkişafı Assosiasiyasının sədri Andrey Platonov Rusiyanın banana ehtiyacını ödəmək üçün yerli istehsalın başlana biləcəyini açıqlayıb. Bu bəyanat Kənd Təsərrüfatı Nazirliyinin “Rusiyada kiçik kənd təsərrüfatı biznesinin inkişafı” forumunda səsləndirilib. Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, banan istehsalı yüksək xərclər səbəbindən istehlakçılara baha başa gələ bilər.

Son illər banan Rusiyada gündəlik istehlak məhsulları arasında mühüm yer qazanıb. 2024-cü ildə Rusiya banan idxalını 20 faiz azaldıb ki, bu da qiymətlərin 31 faiz artmasına səbəb olub. İqtisadi böhran və hava şəraiti ilə əlaqədar həm Ekvadorda, həm də Rusiyada yaşanan istehsal problemləri idxal həcminin azalmasına gətirib çıxarıb. Bu vəziyyət yerli istehsal təşəbbüslərini təşviq etsə də, bananın “lüks istehlak” məhsuluna çevrilmə riskini də özü ilə gətirir.

Mütəxəssislər Rusiyada banan yetişdirilməsinin "nəzəri cəhətdən mümkün olduğunu" bildirsələr də, onun texniki çətinliklərini qeyd edirlər. İstehsalın yalnız istixanalarda mümkün olduğu və bunun çox yüksək xərclər tələb etdiyi bildirilir. Rusiyanın aparıcı bağbanlarından olan Andrey Tumanov bananın uzun böyümə dövrünə ehtiyac duyduğunu və çiçəkləmə prosesinin çox mürəkkəb olduğunu bildirib. Əvvəllər Rusiyada ananas istixanalarının nümunə kimi istifadə edildiyini xatırladan mütəxəssislər banan istehsalının uğurlu olub-olmayacağını zamanın göstərəcəyini deyirlər.

Seçilən
36
16
hafta.az

10Mənbələr