AZ

Tramp “çox pis” başladı: Rusiya təhdid edilirsə...

Rusiya Trampın Ukrayna böhranını həll etmək üçün atdığı ilk addımların hansından narazıdır? Birincisi, qapalı diplomatik danışıqların olacağı gözlənilirdi. Amma onlar yoxdur, sadəcə ictimai çağırışlar var. Bu ciddi deyil.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“İkincisi, Rusiyaya qarşı tələblər var. Olsun, amma Ukraynaya ümumiyyətlə heç bir tələb irəli sürülməyib.

Üçüncüsü, Rusiyaya qarşı bəzi qəribə sanksiya təhdidləri var ki, bu, danışıqlar üçün pis atmosfer yaradır. Rusiyanı hədələyəndə o, danışmır.

Dördüncüsü, Tramp Ukrayna reallığında səriştəsizliyini açıq şəkildə nümayiş etdirir. Bunu itkilərlə bağlı rəqəmlərdən də görmək olar, onlar həmişə fərqlidir.

Kelloqun Ukraynanı hərbiləşdirmək ideyasına gəlincə isə bu, ən pis çağırışdır. Bu, bütün danışıqları pozmaqla təhdid edir”, - o bildirib.

Seçilən
6
49
axar.az

10Mənbələr