AZ

"The Coca-Cola Company"nin 6 ölkədəki məhsulları bazardan yığışdırıldı - Səbəb

Qida nəhəngi "The Coca-Cola Company"nin məhsulları Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırılıb.

Paralel.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb. Məhsullar "The Coca-Cola Company"nin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" tərəfindən geri çağırılıb. Buna səbəb kimi isə məhsullarda xloratların miqdarının artması göstərilib.

"Bizim dəqiq rəqəmlərimiz yoxdur, amma aydındır ki, əhəmiyyətli bir rəqəmdən danışırıq" - deyə elanda bildirilib.

Geri çağırılan məhsullar 2024-cü ilin noyabrın sonundan dövriyyədə olan "Coca-Cola", "Sprite", "Fanta", "Fuze Tea", "Minute Maid", "Nalu", "Royal Bliss" və "Tropico" brendlərinə aiddir.

Şirkət bildirib ki, problem içkilərinin keyfiyyətinin yoxlanılması zamanı aşkarlanıb.

Agentlik qeyd edir ki, standartlara cavab verməyən məhsulların əksəriyyəti artıq dövriyyədən çıxarılıb və ya bazara buraxılmayıb.

Billurə

Seçilən
16
10
paralel.az

10Mənbələr