AZ

Rusiya bizə 50 min ton pulsuz silah verdi - Ermənistanın eks-nazir müavini

“Bəli, silah bazarları həmişə sabit olmur və qarşısına silahlı qüvvələrin inkişafı vəzifəsini qoyan bir ölkə daha ucuz bazarlar axtarmalıdır”.

Modern.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

“İndi bilmirəm haradan nə tapıblar, ümid edirəm ki, silah tədarük etməyə hazır olan ölkələr var, ümid edirəm ki, bizim strateji müttəfiqimizlə hərbi-texniki əməkdaşlığa qayıtmaq imkanımız olacaq. Ümid edirəm ki, bizim həm Qərbdə, həm də Şərqdə hərbi-texniki əməkdaşlıq baxımından yeni tərəfdaşlarımız olacaq. Bu dünyada mümkünsüz heç nə yoxdur”, - Zakaryan vurğulayıb.

O, keçmiş iqtidar dövründə Rusiyanın Ermənistana silah yardımına da toxunub:

“Rusiyadan bizə 50 min ton silah pulsuz verildi və onlar tamamilə istifadəyə yararlı silahlar idi”.

Seçilən
12
1
modern.az

10Mənbələr