AZ

"Rusiya daha çox iqtisadi müstəvidə Ermənistanı sıxacaq" — ŞƏRH

Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək. Həmçinin Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bu halda Rusiya hansı addımı atacaq?

Bununla bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlama verib.

Onun sözlərinə görə, Rusiya Ermənistana qarşı bəzi addımlar ata bilər:

“Bu addımlar ən əsası Avrasiya İqtisadi İttifaqından Ermənistanın çıxarılmasıdır.  Bu hal Ermənistanı iqtisadi baxımından çökmə vəziyyətinə gətirə bilər. Çünki Ermənistanın əsas iqtisadi bazarı məhz Rusiya və Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrdir. Regionda hazırda Ermənistanın əsas müttəfiqi İrandır.  İran da Avrasiya İqtisadi İttifaqına keçən il müşahidə üzv kimi qəbul olunub. Yəni, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması, Avropa İttifaqı ilə əməkdaşlığı  genişləndirməsi İranla olan münasibətlərdə problem yarada bilər. Bu da həm siyasi, həm də iqtisadi baxımdan ciddi problemlər yaradacaq. Rusiya da bunu anlayır. Ona görə indiki mərhələdə daha çox Ermənistana bir növ xəbərdarlıq edirlər. Çünki siyasi və hərbi baxımdan  Ermənistan alternativlər tapa bilsə belə, iqtisadi coğrafiya ona imkan vermir ki, alternativ bazarlara çıxsın. Ona görə Rusiya daha çox iqtisadi müstəvidə Ermənistanı sıxacaq”.

Leyla Turan
Demokrat.az

Seçilən
10
27
demokrat.az

10Mənbələr