ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu görüşə dəvət edib.
“Azreform.info ” xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb.
“ABŞ Prezidenti Donald Tramp Baş nazir Benyamin Netanyahunu fevralın 4-də Ağ Evdə görüşə dəvət edib. Baş nazir Netanyahu Donald Trampın ikinci dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən həftə andiçmə mərasimi keçirilən Donald Tramp ABŞ-nin 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb.