1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu fevralın 4-də Ağ Evdə keçiriləcək görüşə dəvət edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
"ABŞ Prezidenti Donald Tramp Baş nazir Binyamin Netanyahunu fevralın 4-ü çərşənbə axşamı Ağ Evdə keçiriləcək görüşə dəvət edib. Baş nazir Netanyahu Donald Trampın ikinci dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir", - məlumatda bildirilir.