AZ

Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan Ermənistanın 1990-cı illərin əvvəllərində təcavüzü və ondan sonra otuz ilə yaxın müddətdə ölkəmizin ərazilərinin işğalı zamanı törətdiyi kütləvi vəhşiliklərin, digər cinayətlərin araşdırılması və mühakimə olunması üçün konkret addımlar atıb".
"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayevin BMT Baş Assambleyasının "silahlı münaqişə şəraitində insan ləyaqətinin qorunması: beynəlxalq humanitar hüquq normalarına riayət olunmasına yardım" mövzusunda bugünkü qeyri-rəsmi interaktiv dialoqda çıxışında yer alıb.
Tofiq Musayev qeyd edib ki, ciddi qanun pozuntularının inkarı və məhəl qoyulmaması, mətbuatda, parlamentlərdə, beynəlxalq təşkilatlarda dezinformasiya və qarayaxma kampaniyaları vasitəsilə ədaləti gözdən salmaq və bununla da ədalətə mane olmaq cəhdləri beynəlxalq hüquqa və qanunun aliliyinə açıq hörmətsizlikdir.
Seçilən
16
50
oxu.az

10Mənbələr