AZ

23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə məntəqə sədri: Səhər saatlarından seçici fəallığı var

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində ümumilikdə 1434 nəfər seçici var.

Bunu “Report”a açıqlamasında məntəqənin sədri Jalə Zeynalova deyib.

Onun sözlərinə görə, məntəqə 1 362 bülleten alıb: “On nəfər isə evdə səsvermə prosesində iştirak edəcək”.

Dairə üzrə 34 namizədin olduğunu deyən J.Zeynalova səhər saatlarından seçici fəallığının olduğunu da diqqətə çatdırıb.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçilən
4
36
aznews.az

10Mənbələr