AZ

İtaliya Ukraynaya hərbi yardımın davam etdirilməsi haqqında fərmanı təsdiqləyib

İtaliya parlamentinin aşağı palatası Ukraynaya yardımın, o cümlədən hərbi yardımın 2025-ci il dekabrın 31-dək uzadılması haqqında fərmanı təsdiqləyib.

Editor.az bu barədə ANSA-ya istinadla məlumat yayıb. Müvafiq qərarın lehinə 192 deputat səs verib. 41 deputat bunun əleyhinə çıxış edib.

Qeyd edək ki, ilk dəfə İtaliyada Ukraynaya hərbi yardımın göstərilməsi haqqında qərar 2022-ci ilin martında, hətta əvvəlki parlament və başqa bir hökumət dövründə, demək olar ki, yekdilliklə qəbul edilib. Üç il ərzində Roma siyahısı məxfi olan doqquz hərbi yardım paketi hazırlayıb. Yalnız İtaliyanın Ukraynaya ən azı iki Samp-T hava hücumundan müdafiə sistemi təhvil verdiyi məlumdur. Ukraynaya hərbi yardımın genişləndirilməsi ilə bağlı fərmanı təqdim edən İtaliyanın müdafiə naziri Guido Crosetto 10-cu paketə ehtiyac olmayacağına ümid etdiyini bildirib. O, həmçinin atəşkəs üçün lazımi şəraitin yaradılması üçün Kiyevə dəstəyin davam etdirilməli olduğunu bəyan edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
2
editor.az

10Mənbələr