AZ

Azərbaycanda bu şəxslərə mətbuata danışmaq qadağan edildi

Azərbaycanda dini mövzular çox müzakirə edilsə də, din adamları ictimaiyyətə hər keçən gün daha da qapalı olmağa başlayıb.

Publika.az xəbər verir ki, Modern.az saytı bir neçə din xadimindən müsahibə almaq üçün müraciət etsə də, həmin şəxslər müsahibə vermək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almalı olduqlarını, sualları əvvəlcədən onlara göndərməyi xahiş ediblər. Bir neçə gün sonra isə komitənin müsahibəyə icazə vermədiyini qeyd ediblər.

Dini Komitə bu qadağaya aydınlıq gətirilmək istəməyib. Nəticədə müşahidələr onu deməyə əsas verir ki, əsas vəzifəsi qanun çərçivəsində dini təbliğ etmək, onu qorumaq, dinlər arasında birlik yaratmaq olan komitə ölkədə dini savadsızlığın yaranmasına şərait yaradır.

Dini məsələlər üzrə mütəxəssis Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, din xadimlərinin işi dini, İslamı təbliğ etməkdir. Onun sözlərinə görə, komitə qadağanın səbəbini açıqlamalıdır:

“Komitə qanunla din xadimlərinin təyinatını həyata keçirir. Lakin dövlət qurumunun din xadimlərinə bu qədər müdaxiləsi konstitusiyaya uyğun deyil. Din xadiminin mətbuata danışmasının komitəyə hansı zərəri var ki? Komitə bununla bağlı izahat verməlidir. Din xadimlərinin fikir və ifadə azadlığı məhdudlaşdırılır. Dövlət qurumunun din xadimlərini təyin etməsi, maaş verməsi, görünür, onları idarəetmə funkisyasını əldə etməsinə səbəb olur. Bu da bugünkü nəticələrə gətirib çıxarır”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, rəsmi şəxslər və dövlət qurumları mətbuata münasibətdə fəallıq göstərməlidirlər:

Seçilən
1
2
publika.az

10Mənbələr