AZ

DSK-nin sədri: Bütün seçki məntəqələrində əhalinin rahatlığı nəzərə alınıb

Bakı, 29 yanvar, AZƏRTAC

19 saylı Nərimanov I seçki dairəsinin dairə seçki komissiyasının (DSK) məntəqələrində səsvermə başlanıb.

DSK-nın sədri Azad Nəbiyev səsvermə prosesi barədə AZƏRTAC-a məlumat verərək qeyd edib ki, seçki dairəsinə 37 məntəqə daxildir. Dairə üzrə seçicilərin ümumi sayı 48 min 619 nəfərdir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, ilk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 62 nəfərdir.

“Seçki məntəqələri bütün zəruri avadanlıqla təmin edilib. Şəffaflığın təmin edilməsi məqsədilə dairə üzrə bütün məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün seçki məntəqələrində əhalinin rahatlığı nəzərə alınıb və seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılıb”, - deyə A.Nəbiyev bildirib.

Seçilən
5
16
azertag.az

10Mənbələr