AZ

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınınrəhbəri Samir Nuriyev yanvarın 29-da 16 saylı Yasamal ikinci seçkidairəsinin 34 saylı seçki məntəqəsində səs verib.

Trend xəbərverir ki, bu seçki məntəqəsində də seçicilər öz hüquqlarından fəalşəkildə iştirak edirdilər.

Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir.Seçki məntəqələri səhər saat 08:00-da açılıb.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səsvermə prosesi saat 19:00-dək davam edəcək.

Seçilən
0
21
az.trend.az

10Mənbələr