AZ

Sabah hava necə olacaq?


Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə havanın az çiskinli olacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Seçilən
10
50
yeniavaz.com

10Mənbələr