AZ

Bəzi yerlərdə duman müşahidə olunub - FAKTİKİ HAVA

Ötən gecə ölkə ərazisində hava əsasən yağmursuz keçib.

Korrespondent.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin bu gün saat 11:00-a olan məlumatında belə deyilir.

Gəncə, Şəmkir, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Sabirabad, Cəfərxan, Biləsuvar, Ağdam, Sumqayıt, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200-800 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
36
49
korrespondent.az

10Mənbələr