AZ

Avropa İttifaqının 16-cı sanksiya paketinin detaları açıqlandı – Nələrə qadağa qoyuldu?

Avropa İttifaqı bu İttifaqa üzv olan ölkələrə təqdim edilməli olan 16-cı sanksiyalar paketi çərçivəsində Rusiyadan mayeləşdirilmiş təbii qazın alınmasına tam qadağa qoymayacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə iki avropalı diplomata istinadən “Politico” nəşri məlumat yayıb.

Mənbələrə görə, bunun əvəzində Aİ-nin ümumi qazpaylama sisteminə qoşulmayan terminallara Rusiya LNG-nin tədarükü dayandırılacaq. Məhdudiyyət Rusiya idxalının əksər hissəsinə təsir etməyəcək.

“Politico” yazır ki, keçən il Rusiya Avropada LNG satışını rekord həddə çatdırıb.  Məlumata görə, Rusiyadan Aİ-yə LNG tədarükü keçən il 2023-cü ilə nisbətən demək olar ki, 20 faiz artıb. Bu məhsulun ixracına qoyulan qadağanın ləğvi Rusiyaya qarşı sərt tədbirlərə çağıran ölkələri məyus edəcək.

Dekabr ayında 10 Aİ ölkəsi, o cümlədən Finlandiya, Polşa və Baltikyanı ölkələr Avropa Komissiyasını “Rusiya qazı və LNG idxalını mümkün qədər tez qadağan etməyə” çağırıb.

Aİ artıq Rusiya kömürünün və neftinin idxalını qadağan edib. Lakin hələ də Rusiyadan boru kəməri ilə gələn qaza sanksiyalar tətbiq etmək mümkün olmayıb, çünki bir neçə Avropa ölkəsi hələ də ondan asılıdır və məhdudiyyətlərin tətbiqi blok üzvlərinin yekdil razılığını tələb edir. Rusiya LNG-dən imtina ya sanksiyalarla, ya da onun satınalmalarının tədricən məhdudlaşdırılması üçün “yol xəritəsi” çərçivəsində həyata keçirilə bilər.

LNG tədarükünə qoyulan məhdudiyyətlərdən əlavə, Aİ sanksiyalarının 16-cı raundu Rusiyanın “kölgə donanması” adlanan 74 neft tankerinə qarşı cərimələr, habelə Rusiya alüminiumunun idxalına məhdudiyyətlər daxildir.

“Bloomberg” xəbər verir ki, məhdudiyyətlər mərhələli olacaq və avropalı alıcılara tam qadağa qüvvəyə minməzdən əvvəl Rusiyadan bir il müddətinə kvota sistemi ilə alüminium idxal etməyə imkan verəcək. Aİ hələ də bu metalın təxminən altı faizini Rusiyadan alır.

Yeni sanksiya paketinə həmçinin Rusiyanın pilotsuz təyyarələri idarə etmək üçün istifadə etdiyi “Microsoft”-un “Xbox” və “Sony”-nin PlayStation kimi oyun avadanlıqları da daxil olacaq.

“AzPolitika.info”

Seçilən
2
6
azpolitika.info

10Mənbələr