Seçki tam şəffaf keçirilir, fəallıq yüksək səviyyədədir.
Bunu "Report"a açıqlamasında 36 saylı Xətai-Suraxanı Seçki Dairəsinin sədri Qarat Qaratov deyib.
O bildirib ki, seçicilərin səs verməsi üçün hər bir şərait yaradılıb:
"Dairə üzrə saat 12:00-a qədər 5 913 seçici artıq səsvermə hüququndan istifadə edib. Dairə üzrə yaşı 80-dən yuxarı 764 seçicimiz var. İlk dəfə səs verənlər isə 402 nəfərdir".
Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.