Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilir.APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, iclasda üç ölkənin xarici işlər nazirləri ilə bərabər, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak edir.İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.Görüş zamanı Orta Dəhlizin önəminin artmasına diqqət çəkiləcəyi, Suriya və Qəzzada baş verənlər, həmçinin, Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi gözlənilir.
Diqqət Çəkənlər
Beynin yüksək kalorili qidalara təbii ehtiyacı: Pəhrizlərə maneə
Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edib
Gəlin və Qaynana Qarşıdurması: Əbədi Problem