AZ

Aİ Rusiyadan alüminium idxalına mərhələli qadağanı yeni sanksiya paketinə daxil edə bilər

Avropa İttifaqı (Aİ) Ukraynada hərbi əməliyyatların başlamasının üçüncü ildönümü ərəfəsində hazırlanan 16-cı sanksiya paketinə Rusiyadan alüminium idxalına mərhələli qadağanı daxil edə bilər.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Həmçinin yeni paket çərçivəsində təxminən 15 bankın SWIFT-dən ayrılması və Rusiya neftini daşıyan 70-dən çox gəmiyə qarşı sanksiyalar da müzakirə olunur.

Alüminium idxalına gəlincə, avropalı alıcılar bir il ərzində kvota sistemi çərçivəsində onu almağa davam edə biləcəklər, bundan sonra isə idxala tam qadağa qüvvəyə minəcək.

Agentlik qeyd edir ki, təkliflər Avropa İttifaqının bütün üzvləri tərəfindən təsdiqlənməlidir.

Seçilən
2
12
banker.az

10Mənbələr