AZ

Sorğu: Ermənistan vətəndaşlarının 55 faizi ölkənin Aİ-yə üzv olması ideyasını dəstəkləyir

Ermənistan vətəndaşlarının təxminən 55 %-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü haqqında hökumətin təsdiqlədiyi qanun layihəsinə müsbət yanaşır.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu, “GALLUP International Association”ın Ermənistan nümayəndəliyi tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən məlum olub.

Sorğuda iştirak edənlərin 23 %-i Ermənistanın Aİ-yə üzv olması haqqında qanun layihəsinə tam müsbət, 31,9 %-i müsbət, 12 %-i mənfi, 19,3 %-i tam mənfi münasibət bəsləyir, 13,8 %-i isə cavab verməkdə çətinlik çəkib.

Sorğuya əsasən, respondentlərin 51 %-i növbəti 10 il ərzində Ermənistanın Aİ-yə daxil olacağına inanır, 40 %-i isə inanmır.

Bundan başqa, sorğuda iştirak edənlərin 27 %-i hesab edir ki, Ermənistanın Aİ-yə üzv olmaq istəyi və ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası Ermənistanın təhlükəsizlik səviyyəsini artıracaq, 24,2 %-i bunun respublika üçün yeni risklər yaradacağını düşünür.

Sorğu 20-22 yanvar tarixlərində 1100 nəfər arasında keçirilib.

Seçilən
0
2
report.az

10Mənbələr