1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin sonuncu, VIII turunun "Olimpiakos"la matçı üçün Yunanıstana yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" qarşılaşması yanvarın 30-dan 31-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Xatırladaq ki, aktivində 3 xalı olan Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin başa çatmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.