1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Təbrizin "Traktor" futbol klubunun baş direktoru Səid Müzəffərizadə "Persepolis" azarkeşlərinin irqçi və etnik məzmunlu şüarlar səsləndirmələri məsələsini FİFA-da davam etdirəcəyini açıqlayıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-nə istinadən xəbər verib.
"Şikayətin futbol federasiyası vasitəsilə araşdırılması üçün bütün lazımi hüquqi addımları atdıq və bununla bağlı təcili və əsaslı tədbir görülməzsə, məsələni tam qətiyyətlə FİFA vasitəsilə araşdıracağıq", - deyə Səid Müzəffərizadə qeyd edib.