AZ

Suriya Rusiyadan “keçmiş səhvləri” nəzərə almasını və təzminat ödəməsini tələb edir

Rusiya nümayəndə heyətinin Dəməşqə səfəri zamanı Suriyanın yeni hakimiyyət orqanları Moskvadan “keçmiş səhvləri nəzərə almağı və Suriya xalqının iradəsinə hörmət etməyi” tələb ediblər. Bu barədə “Asharq Al-Awsat” nəşri xəbər verir.

Suriya komandanlığından verilən açıqlamada, “Rusiyanın təzminat, bərpa və reabilitasiya kimi konkret tədbirlər vasitəsilə Suriya xalqı ilə etimadın bərpasındakı roluna” diqqət yetirildiyi qeyd edilib. Bundan əlavə, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi vurğulanıb.

Nədənsə, Rusiya prezidentinin mətbuat katibi Peskov bu mesajı, eləcə də ölkənin keçmiş prezidenti Əsədin ekstradisiyası ilə bağlı iddia edilən tələblərə dair iddiaları şərhsiz qoyub.

Rusiya Xarici İşlər Nazirliyinin Rusiya nümayəndə heyətinin Suriyaya səfərinin yekunlarına dair bəyanatında deyilir ki, Moskva Suriya xalqına ölkənin böhrandan sonrakı bərpası üçün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiq edir və Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

Yanvarın 28-də Rusiya xarici işlər nazirinin müavini Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar aparmaq üçün Dəməşqə səfər edib.

Ülviyyə, Hurriyyet.az

Seçilən
4
23
hurriyyet.az

10Mənbələr