AZ

Lənkərandakı ağır qəzada xəsarət alanlardan 17 nəfər evə buraxılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gün Lənkərandakı ağır qəzada xəsarət alanlardan bir nəfərin müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində, altı nəfərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib.
Qeyd olunub ki, yaralıların vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan 24 nəfər (13 qadın, 10 kişi, bir azyaşlı olmaqla) bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu ilə xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Müayinələrdən sonra 17 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Seçilən
10
30
oxu.az

10Mənbələr