AZ

Suriya Rusiyadan təzminat ödəməyi tələb edib

Suriya administrasiyası Dəməşqdə Rusiya nümayəndə heyəti ilə danışıqlar zamanı keçmiş səhvləri nəzərə almaq və təzminat ödəmək zərurətini bəyan edib.

"Unikal" xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" nəşri məlumat yayıb. 

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanovun rəhbərlik etdiyi Rusiya Federasiyasının nümayəndələri ilə münasibətlərin bərpası ilə bağlı müzakirələr zamanı Suriya Baş Komandanlığı qeyd edib ki, “keçmiş səhvləri nəzərə almaq və Suriya xalqının iradəsinə hörmət etmək” lazımdır.

Onlar həmçinin “təzminat, yenidənqurma və reabilitasiya kimi konkret tədbirlər vasitəsilə Suriya xalqına etimadı bərpa etməkdə Rusiyanın rolu” və Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət kimi əsas məsələlərə diqqət yetiriblər.

Seçilən
9
19
unikal.az

10Mənbələr