AZ

Özbəkistan XİN rəhbəri: Üç ölkənin əməkdaşlığı yeni nəqliyyat dəhlizlərinin yaradılmasına səbəb olacaq

Özbəkistan, Azərbaycan və Türkiyənin coğrafi mövqeyi və tranzit potensialı strateji əhəmiyyətə malikdir.

"Report"un məlumatına görə, bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bu sahədə yaxın əməkdaşlıq sadəcə yükdaşımanın sabitliyini təmin etməyəcək, həm də qlobal bazarın ehtiyaclarını qarşılayan yeni nəqliyyat koridorların yaradılmasına da səbəb olacaq:

“Türkiyə və Azərbaycan bu gün Orta Dəhlizin Qərb qapısı rolundaykən Özbəkistan Qədim İpək yolu kimi strateji bir qovşaq nöqtəsi olaraq ortaya çıxır”.

Seçilən
5
45
report.az

10Mənbələr