AZ

Overçuk: Ermənistanın Aİ-yə daxil olması Aİİ bazarını onun üçün bağlayacaq

Rusiya Federasiyası baş nazirinin müavini Ermənistanla bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, İrəvan bilir ki, Ermənistanın Avropa İttifaqına daxil olması Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına və bu ölkə üçün Aİİ bazarının bağlanmasına gətirib çıxaracaq. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

“Burada həll yolu çox aydındır ki, Avropa İttifaqı ilə bazarların açılması Avrasiya İqtisadi İttifaqı ilə bazarların bağlanması deməkdir, əks halda Avrasiya İqtisadi İttifaqındakı istehsalçılarımız zərər görəcək”-deyə, Rusiya Federasiyası baş nazirinin müavini qeyd edib. O, aydınlaşdırıb ki, Ermənistan üçün “Aİ ilə idxal gömrük tariflərinin sıfırlanması avtomatik olaraq Aİİ ilə gömrük və gömrük tariflərinə qayıdış demək olacaq”.

Onun sözlərinə görə, “İndi Ermənistanda gedən müzakirələrdə guya hansısa həll yolunun tapılacağını iddia edən insanlar, yumşaq desək, erməni xalqını çaşdırırlar”. Overçuk Ermənistanın Aİ-yə daxil olması prosesinin uzun sürəcəyini qeyd edib və Ermənistan parlamentində bu məsələ ilə bağlı dinləmələrin nəticələrini gözləməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
2
turkustan.az

10Mənbələr