Hindistanın şimalında bayram tədbirində baş verən izdiham nəticəsində azı 40 nəfər həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verib.
"Burada təxminən 40 meyit var. Biz onları bir-bir ailələrinə təhvil veririk", - mənbələrdən biri bildirib.
“Reuters” qeyd edib ki, Hindistanın rəsmi hakimiyyət orqanları hələ də ölənlərin dəqiq sayını açıqlamayıb.
Hindistanın Baş naziri Narendra Modi yaxınlarını itirənlərə başsağlığı verib.
Qeyd edək ki, Hindistanın şimalındakı Uttar-Pradeş ştatının Prayaqrac şəhərində Qanq və Yamuna çaylarının qovuşduğu yerdə keçirilən ən böyük Kumb-mela festivalında izdiham yaranıb. Festivalın xeyli ziyarətçisi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.