AZ

Aİ Ermənistandakı müşahidə missiyasının müddətini daha iki il uzatdı

Avropa İttifaqı ölkələrinin səfirləri Aİ-nin Ermənistandakı mülki missiyasının müddətinin uzadılmasını təsdiqləyiblər.

Teleqraf.com "news.am"a istinadən xəbər verir ki, qərar bir neçə saat əvvəl Brüsseldə təsdiqlənib.

Bununla da avropalı müşahidəçilər Ermənistanın sərhədyanı rayonlarında daha iki il, 2027-ci il fevralın 19-dək qalacaqlar.

“Freedom” Avropa məsələlərinin redaktoru Rikard Jozviakın sözlərinə görə, Avropa İttifaqı sərhəddə və münaqişədən təsirlənmiş bölgələrdə insidentlərin sayının azaldılmasına töhfə vermək üçün iki il əvvəl verilmiş missiyanın mandatını dəyişməyib.

Məqsəd Ermənistanın bu bölgələrdə yaşayan əhali üçün "təhlükə dərəcəsi"ni azaltmaq və bununla da Azərbaycanla münasibətlərinin tənzimlənməsinə "töhfə" verməkdir.

Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni işçi.

Bu qərar yaxın gələcəkdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.

Rəsmi məlumata görə, missiyanın müşahidə zonası bütün Ermənistan-Azərbaycan sərhədini əhatə edir.


Müəllif: Teleqraf.com
Seçilən
5
17
teleqraf.com

10Mənbələr