Gürcüstan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani məlumat verib.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib.