AZ

Rusiyadan Suriya hökumətinə cavab - "Hərbi bazalarını tərk edəcəyik"

Suriya hökumətinin Rusiyaya qarşı yeni tələbləri Dumada narazılıqla qarşılandı

Əsəd rejiminin süqutundan sonra rusların Suriyaya səfəri isti və qonaqpərvər keçməyib. Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiyalı deputat Suriya hökumətinin Rusiyaya qarşı yeni tələblərini “qəbuledilməz” adlandırıb.

Xüsusən də media yeni hakimiyyətin Rusiyadan Əsədin ekstradisiyasını, həmçinin təzminat tələb etdiyini, Rusiyanın Suriyadakı hərbi bazaları ilə bağlı danışıqların dalana dirəndiyini yazıb.

Dövlət Dumasının deputatı və Dumanın Müdafiə Komitəsinin üzvü Viktor Sobolev “Ehtiyatlı ol, Novosti” ilə söhbətində “Rusiya üçün belə tələblərin qəbuledilməz olduğunu” bildirib.

"Suriyanın yeni hökuməti özünü yanlış aparır. Suriyaya kömək olmasaydı, indi mövcud olmayavaqdılar. Və bundan sonra biz nəyisə bərpa etməliyik? BizSuriya şəhərlərini İŞİD-dən azad edərkən nəyisə məhv etdikmi" – deyə deputat bildirib.

Sobolev Rusiyanın Suriyadakı hərbi bazalarını “tərk etməli” olacağını deyib.

"Bu, əlbəttə ki, pisdir: bu bazalar bizim üçün vacibdir. Biz hələ də bu məsələ ilə bağlı danışıqlar apara bilərik. Onlar bunu bəhanə kimi təqdim edə bilərlər: "Bizə kömək edin, bazalarınızı saxlayın".Amma məlum olur ki, onlarbizə dost olmayan ölkələrə diqqət yetirəcəklər, çətin ki, bizim bazalarımız orada qalsın”.

Afaq

Mənbə: musavat.com

Seçilən
5
25
musavat.com

10Mənbələr