AZ

ABŞ tarixində ilk: Şəxsi təyyarə üç dəfə səs baryerini aşdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də "Boom Supersonic" şirkətinə məxsus şəxsi "XB-1" mülki təyyarəsi tarixdə ilk dəfə olaraq səs baryerini aşıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "ArsTechnica" nəşri məlumat verib.
"İstedadlı və öz işinə sadiq mühəndislərdən ibarət kiçik bir qrup əvvəllər milyardlarla dolların tələb olunduğu nailiyyətə imza atıblar", - deyə şirkətin baş direktoru Bleyk Şoll bildirib.
Nəşr qeyd edir ki, sınaqlar Kaliforniyanın Mohave səhrasında keçirilib. Uçuş zamanı təyyarə 3 dəfə səs baryerini aşaraq 1.122 Max sürətinə çatıb. Təyyarənin pilotu ABŞ Hərbi-Dəniz Qüvvələrinin keçmiş pilotu Tristan Brandenburq olub.
Bildirildiyinə görə, təyyarənin yaradılmasında additiv texnologiyalardan və elmin ən son nailiyyətlərindən, eləcə də yeni rəqəmsal aerodinamik üsullardan istifadə olunub.
Qeyd edək ki, bundan əvvəl ABŞ hələ 1990-cı ildə inşa edilmiş ARES (Agile Responsive Effective Support) birbaşa hava dəstəyi təyyarəsinin yeganə prototipi ilə sınaq uçuşlarını tamamlayıb. Təyyarə Kaliforniyanın Mohave səhrasındakı aerokosmik mərkəzin yaxınlığında uçarkən görüntülənib.
Seçilən
2
50
oxu.az

10Mənbələr