Bakı. Trend:
Gələn aydan etibarən pensiyalarda iki istiqamətdə artımlarhəyata keçiriləcək: həm minimum pensiya artırılacaq, həm də əməkpensiyaları indeksləşdiriləcək. Azərbaycan Prezidenti İlhamƏliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılmasısahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğunolaraq minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan320 manata çatdırılacaq.
Trend xəbər verir ki, bu sözləri Milli Məclisindeputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabındayazıb.
O qeyd edib ki, Əmək pensiyalarının indeksləşdirilməsi isə “ƏməkPensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir.
"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlkiildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiyaolunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumatagörə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkəüzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağıgözlənilir.
Bütün bunlar ilə yanaşı, bəzi vətəndaşlarımızın pensiyaları ikidəfə artırılacaq, yəni onların pensiyaları həm indeksləşdirməyəcəlb olunacaq, həm minimum pensiya məbləğinə çatdırılmaq üçünyenidən artırılacaq. Məsələn, əgər vətəndaşımız əmək pensiyasıhüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıbsa və onunpensiya məbləği 290 manatdır, yəni yeni minumum pensiya məbləğindən(320 manat) azdırsa bu zaman da onun pensiya məbləğiindeksləşdiriləcək və pensiyasına 23.2 manat əlavə olunacaq. Çünkiindeksləşdirmə ilə bağlı sənəd hər il fevral ayında imzalansa da oyanvarın 1-dən qüvvədə olur.
Yəni, ilin əvvəlindən etibarən bütün əmək pensiyalarıindeksləşdirlir. Amma bizim nümunədə alınan məbləğ- 313.2 manat,yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm dahasonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiyaməbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiqolunacaq", - deyə V.Bayramov əlavə edib.