Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O qeyd edib ki, Əmək pensiyalarının indeksləşdirilməsi isə "Əmək Pensiyaları" haqqına Qanuna əsasən həyata keçirilir.
"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.
Bütün bunlar ilə yanaşı, bəzi vətəndaşlarımızın pensiyaları iki dəfə artırılacaq, yəni onların pensiyaları həm indeksləşdirməyə cəlb olunacaq, həm minimum pensiya məbləğinə çatdırılmaq üçün yenidən artırılacaq. Məsələn, əgər vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıbsa və onun pensiya məbləği 290 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdırsa bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 23.2 manat əlavə olunacaq. Çünki indeksləşdirmə ilə bağlı sənəd hər il fevral ayında imzalansa da o yanvarın 1-dən qüvvədə olur.
10Mənbələr
-
medianews.azPensiyalar yenidən artacaq – SƏRƏNCAM ( 15148887)
-
baki-xeber.comBu şəxslərin pensiyaları iki dəfə artırılacaq- deputat açıqladı... ( 15144619)
-
teleqraf.comBu şəxslərin pensiyaları iki dəfə artırılacaq: Məbləğ açıqlandı ( 15140677)
-
bolge.tvŞAD XƏBƏR! Bu şəxslərin pensiyası iki dəfə ARTACAQ ( 15138839)
-
azxeber.comBəzi şəxslərin pensiyaları iki mərhələdə artırılacaq ( 15138545)
-
news24.azŞAD XƏBƏR! Bu şəxslərin pensiyası iki dəfə artırılacaq ( 15134287)
-
xezernews.azBu şəxslərin pensiyaları iki dəfə artırılacaq ( 15138001)
-
titul.azAzərbaycanda bu şəxslərin pensiyası İKİ DƏFƏ ARTACAQ ( 15137787)
-
yenigundem.azBu şəxslərin pensiyaları iki dəfə artırılacaq - ŞAD XƏBƏR ( 15137759)
-
azpolitika.infoBu şəxslərin pensiyaları iki dəfə artırılacaq – “Hən indeksləşdirmə, həm də...” ( 15137257)