AZ

İrəvanda Gürcüstan-Ermənistan danışıqları...

Ermənistan və Gürcüstanın xarici işlər nazirləri yanvarın 30-da Yerevanda keçirilən görüşdə ikitərəfli münasibətlərin geniş spektrini və inkişaf perspektivlərini müzakirə ediblər...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Nazir ötən il iki ölkə arasında strateji əməkdaşlığa dair sənədin imzalandığını və bunun əlaqələrə daha da dərin xarakter verdiyini xatırladıb. Mirzoyanın sözlərinə görə, iki departament arasında da əlaqələr inkişaf edir, iki ölkənin diplomatları daimi təmasdadır, məsləhətləşmələr aparılır.

Tərəflər Cənubi Qafqazın iqtisadi və tranzit potensialını müzakirə ediblər. Bu kontekstdə Mirzoyan erməni tərəfinin regionun üç ölkəsi arasında əməkdaşlığı, eləcə də digər ölkələrin iştirakı ilə daha böyük regionla əlaqələri nəzərdə tutan “Sülh yollarının kəsişməsi” təşəbbüsünü xatırladıb. Nazir Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinə sadiq olduğunu qeyd edib.

Ermənistan hökuməti həm kommunikasiyaların açılmasına, həm də sərhədlərin delimitasiyasına aid olan sülh gündəliyinə sadiqdir. Eyni şey Gürcüstanla sərhədin delimitasiyasına da aiddir”, deyə Mirzoyan əlavə edib.

Öz növbəsində, Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Ermənistan ənənəvi olaraq Gürcüstanın 10 ən yaxşı tərəfdaşı və Gürcüstana gələn turistlərin sayına görə ən aktiv üç ölkə sırasındadır. Tbilisi Yerevanla münasibətləri daha da dərinləşdirmək əzmindədir və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın bu günə planlaşdırılan 14-cü iclası ikitərəfli maraq doğuran bütün mövzu və sahələrin müzakirəsi üçün əlavə səbəbdir.

Gürcüstan diplomatiyasının rəhbəri həmkarını Tbilisiyə səfərə dəvət edib və Mirzoyan bu dəvət məmnuniyyətlə qəbul edib.

Poliqon.info

Seçilən
2
50
poliqon.info

10Mənbələr