AZ

Dövlətə məxsus gəmilər satılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki gəmini hərraca çıxaracaq.

Bu barədə XəzərNews.az-a Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, hərrac martın 4-də keçiriləcək. İnvestorlara 1987-ci ildə istehsal edilmiş "ƏLİF HACIYEV" elmi tədqiqat gəmisi (start qiyməti 295 min manat) və 1989-cu ildə istehsal olunmuş "QRADUŞİY" təchizat gəmisi (start qiyməti 20 min manat) təklif olunacaq.

Xəbər 3 dəfə oxunub.
Seçilən
3
21
xezernews.az

10Mənbələr