Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib.
Missiya.Az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin toqquşması nəticəsində baş verən faciəvi qəzadan dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə səmimi başsağlığı verir və sağ qalanlara şəfa diləyirik", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus “Blackhawk” helikopteri ilə toqquşub. “American Airlines” təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. İlkin məlumatlara görə, hadisədən sonra Potomak çayından azı 19 meyit çıxarılıb
We are deeply saddened by the tragic mid-air collision between a passenger plane and a helicopter in Washington D.C. We convey our heartfelt condolences to the families of those who lost their loved ones and pray for the safety of the survivors.@statedept@stateeur
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 30, 2025