Ötən il Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 157.1 milyon manat xalis mənfəət, 262.2 milyon manat məbləğində isə əməliyyat mənfəəti əldə ediblər.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, illik müqayisədə BOKT-ların xalis mənfəəti 2.1 dəfə, əməliyyat mənfəəti isə 2.6 dəfə artıb.
Hesabat dövründə sözügedən kredit təşkilatlarının xalis faiz gəliri 209.4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 30.5% çoxdur.
Bu dövrdə bank olmayan kredit təşkilatları 41.6 milyon manat mənfəət vergisi ödəyiblər.
Qeyd edək ki, 2024-cü ildə BOKT-ların aktivləri əvvəlki illə müqayisədə 31% artaraq 993.3 milyon manat, öhdəlikləri isə 21.1% artaraq 536.9 milyon manat təşkil edib.
2025-ci yanvar ayının 1-nə BOKT-ların cəmi kapitalı 456.4 milyon manat olub ki, bu da illik müqayisədə 44.8% çoxdur.