AZ

“Coca-Cola”dan sonra "Lay's" barədə işə başlandı – Ciddi təhlükə

ABŞ-də “Coca Cola”dan sonra bu dəfə insan sağlığına ciddi təhlükə yaradan "Lay's" çipsləri bazardan geri çıxarılır.

Ölkə.Az xəbər verir ki, “Coca-Cola”nın bəzi məhsullarında aşkar edilən yüksək miqdarda xlorat səbəbi ilə başlatdığı geri çağırma dalğası dünyaca məşhur olan "Lay's" cipsilərinə şamil edilib.

ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən edilən açıqlamaya görə, "Lay's"in ABŞ bazarı üçün istehsal etdiyi 350 qramlıq çips paketində daha əvvəl heç bir məlumat verilməmiş süd məhsulu aşkar edilib. FDA hesab edir ki, bu, süd allergiyası və ya həssaslığı olan şəxslər üçün ciddi təhlükələr yarada və hətta ölümcül allergik reaksiyalara səbəb ola bilər.

Süd tərkibi aşkar edilən "Lay's" çipslərini ən yüksək risk səviyyəsində qiymətləndirən FDA bu məhsulu birinci sinif təhlükəli qida kateqoriyasına daxil edib.

Qurum mütəxəssisləri xəbərdarlıq edib ki, süd allergiyası olan şəxslər bu çipsləri istehlak etdikdə həyati təhlükə yaradan ciddi sağlamlıq problemləri ilə üzləşə bilərlər.

Xatırladaq ki, "The Coca-Cola Company"nin məhsulları Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırılıb.
Məhsullar "The Coca-Cola Company"nin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" tərəfindən geri çağırılıb. Buna səbəb kimi isə məhsullarda xloratların miqdarının artması göstərilib.

Geri çağırılan məhsullar 2024-cü ilin noyabrın sonundan dövriyyədə olan "Coca-Cola", "Sprite", "Fanta", "Fuze Tea", "Minute Maid", "Nalu", "Royal Bliss" və "Tropico" brendlərinə aiddir.

Mürtəza
Ölkə.Az

Seçilən
2
10
olke.az

10Mənbələr