AZ

Adil Nağıyev futboldan ömürlük kənarlaşdırıldı

Futbol üzrə Azərbaycan millisinin və “Şamaxı” klubunun sabiq mərkəz müdafiəçisi Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Bildirilib ki, son klubu “Şamaxı” olmuş 31 yaşlı müdafiəçi danışılmış oyunlarda iştirakına görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Xatırladaq ki, Adil Nağıyev bu mövsümün əvvəlindən “Şamaxı”da çıxış edirdi. 29 yaşlı oyunçunun bu klubla 2025-ci ilin yayına kimi müqaviləsi vardı. Mərkəz müdafiəçisi cari mövsümdə 14 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşməyib.

Adil Nağıyev 2022-ci ilin avqust ayından həmin ilin dekabrına qədər icarə əsasında da “Şamaxı”da forma geyinib. Həmin vaxt o, bu komandanın heyətində 18 oyuna çıxıb.

Nağıyev daha öncə “Səbail”, “Zirə”, “Sumqayıt” və AZAL-da da forma geyinib. Müdafiəçi Azərbaycanın U-16, U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

AFFA İntizam Komitəsi daha üç futbolçunu futboldan ömürlük uzaqlaşdırıb. Bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb. Birinci Liqada mübarizə aparan “Mingəçevir”də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

AFFA-nın yaydığı açıqlamada o da qeyd olunur ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.

Seçilən
1
39
arena.az

10Mənbələr