AZ

Nə “Qarabağ” həminki deyil, nə də “Olimpiakos” -

Bu gün UEFA Avropa Liqasında sonuncu oyununa çıxacaq "Qarabağ" səfərdə Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq. Ötən oyunda kifayət qədər yaxşı mübarizə aparan köhlən atlar necə bir rəqiblə qarşılaşır? Bu barədə idman eksperti Araz Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, “Qarabağ”la “Olimpiakos” əvvəl də Avropa Liqasında üz-üzə gəlib: “Həmin görüşdə təmsilçimiz səfərdə böyükhesablı qələbə qazanmışdı. Amma indi nə “Qarabağ” o “Qarabağ” deyil, nə də “Olimpiakos” həmin “Olimpiakos” deyil. Baxmayaraq ki, oyun yenə səfərdədir, bu dəfə Avroliqanı qazanmağa iddialı Yunanıstan təmsilçisi var. “Qarabağ” isə əksinə əvvəlki performansından çox uzaqdır. Bu mövsüm Ağdam təmsilçisi özünə bənzəmir”. Ekspert bütün bunlara baxmayaraq, “Qarabağ”ın asanlıqla təslim olacağına inanmadığını qeyd edib. Onun fikrincə, yunanlar mütləq əvəz çıxmağa çalışacaqlar.

Qeyd edək ki, mübarizə yanvarın 30-dan 31-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Azarkeşlər matçı İTV kanalından canlı izləyə biləcəklər. Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
3
16
metbuat.az

10Mənbələr