AZ

4 futbolçumuz futboldan ömürlük uzaqlaşdırıldı

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb.

Aktual.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, son klubu "Şamaxı" olmuş 31 yaşlı müdafiəçi danışılmış oyunlarda iştirakına görə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük məhrum edilib.

Qeyd edək ki, Adil Nağıyev bir matçda Azərbaycanın millisinin formasını geyinib.

***

AFFA İntizam Komitəsi daha üç futbolçunu futboldan ömürlük uzaqlaşdırıb.

Bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük məhrum ediliblər.

Seçilən
0
41
ulusum.az

10Mənbələr