Bu gün Azərbaycan 1-ci liqasında mövsümün ikinci yarısına start verilib.
QOL.az xəbər verir ki, bununla da çempionatda yaranan 37 günlük fasilə başa çatıb.
12-ci turun ilk oyun günündə 3 görüş keçirilib. MOİK "İmişli"yə qalib gəlib. Lider "Qəbələ" "Bakı Sportinq"lə heç-heçə edib. "Karvan" isə "Difai" ilə bərabərə qalıb.
Qeyd edək ki "Qəbələ", "Karvan" və "İmişli" turnir cədvəlində ilk 3-lükdə qərarlaşır.
30 yanvar (cümə axşamı)
Azərbaycan 1-ci liqası, 12-ci tur
13:00. MOİK – “İmişli” - 4:3
Qollar: V.Əsgərov, 55, İ.Əliyev, 78, 90+5-pen; S.Allahquliyev, 90+7 - M.Tahirov, 15, E.Rəhimzadə, 58, S.Fərəcov, 67-pen.
Binə qəsəbə stadionu
14:00. “Karvan” – “Difai” - 3:3
Qollar: E.Qasımov, 6, 26, 90 - C.Kamta, 3, 45-pen; M.Alfa, 12
Yevlax şəhər stadionu
15:00. “Qəbələ” – “Bakı Sportinq” - 0:0
Qəbələ şəhər stadionu
31 yanvar (cümə)
14:00. “Qaradağ Lökbatan”– “Cəbrayıl”
Lökbatan OİK stadionu
14:00. “Zaqatala” – “Mingəçevir”
Zaqatala OİK stadionu