Fransa son hərbi bazasını Çad ordusuna təhvil verib və bununla da ölkədəki hərbi mövcudluğunu tam dayandırıb.
Çad Baş Qərargahının yaydığı bəyanata görə, paytaxt Encemine şəhərində yerləşən Adji Kossei bazasına nəzarət fransız əsgərlərindən təhvil alınıb.
"Adji Kossei bazasının alınması Fransa qüvvələrinin Çaddakı mövcudluğunu tamamilə sona çatdırdı. Bu yüksək vəzifəli şəxslərin, xüsusilə də Prezident Mohamed İdriss Debi Itno-nun iradəsinə və Çad xalqının tələblərinə uyğun olaraq həyata keçirilib", - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Çad hökuməti bir müddət əvvəl Fransa ilə 28 noyabr 2024-cü ildə imzalanan və müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv etdiyini bəyan edib. Bunun ardından Fransa döyüş təyyarələrini və hərbi birləşmələrini ölkədən çıxarmaq məcburiyyətində qalıb.
Fransız əsgərlərinin yerləşdiyi Faya hərbi bazası ötən il dekabr 26-da, Abeçe hərbi bazası isə yanvarın 12-də boşaldılaraq Çad ordusuna təhvil verilib.
TAHİR