Bakı. Trend:
İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb
Trend-inməlumatına görə, bu barədə AMEA nəzdində Respublika SeysmolojiXidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu bildirib.
Mərkəzin məlumatına əsasən, yerli vaxtla saat 05:18-də İsmayıllıseysmik stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda 3maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 9 kmdərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, yanvarın 26-da Xəzər dənizində 3,5 maqnitudalızəlzələ baş vermişdi.