AZ

Vaşinqtonda təyyarə qəzasında həlak olan 40 nəfərin meyiti tapılıb

Təcili xidmətlərin əməkdaşları Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olan 40 nəfərin meyitini aşkar ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Ehtimal olunur ki, həlak olanların hamısının qalıqları tapılıb.

Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.

Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb.

Seçilən
6
50
operativmm.az

10Mənbələr